Ermənistanın “humanitar karvanının” Görus rayonunda, Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi yaxınlığında toplaşması, deyəsən öz müddətinə görə 1480-ci ildəki Uqra döyüşünü arxada qoyacaq.
Globalinfo.az xəbər verir ki,bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, vaxtilə Qızıl Orda qoşunları Moskva vilayətinə hücum edərkən Uqra çayı sahilində 34-gün döyüşüb, lakin çayı keçə bilməyərək geri qayıdıb.
Süjet müəllifləri qeyd edirlər ki, indi ermənilərin bu nailiyyəti üstələmək üçün avqustun 29-dək vaxtları var. Əgər bir az da səbr etsələr, Qızıl Orda qoşunlarını ötə biləcəklər.
Daha ətraflı “Caliber”in yeni süjetində:
