Polish 20230807 193909948 scaled

Rusiya sülhməramlılarının səlahiyyət müddəti 2025-ci ildə sona çatsa da, onların Qarabağdan çıxmaq istəməməsinə dair məsələ tez-tez gündəmə gətirilir.

Rusiya rəsmilərinin son günlər verdiyi bəyanatlarda Kremlin bu düşüncədə olduğu açıq görünür.

Maraqlıdır, Rusiya sülhməramlıları Azərbaycandan çıxmaq istəməsə nə baş verəcək? Cənubi Qafqaz növbəti dəfə böyük bir siyasi-hərbi qarşıdurma məkanına çevrilə bilərmi?

tural ismayilov 1

Tural İsmayılov 

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiyanın bu günə qədər həyata keçirdiyi siyasi kurs daim xaotikliyə, qarışıqlığa və qalmaqallara səbəb olub:

“Rusiya çalışır ki, regionda davamlı gərginlik, münaqişə olsun. Belə olan təqdirdə o, regionda rahat şəkildə qala və siyasi, hərbi varlığını sürdürə bilər.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya üçün nə Gürcüstan, nə də Ukraynadır. Rəsmi Bakı Kremlin bu siyasətinə qarşı hər zaman müqavimət göstərib, bundan sonra da göstərəcək.
İki ölkə arasında vaxtaşırı gərginlik olsa da Rusiya başa düşür ki, Azərbaycan onun üçün vacibdir. Yəni münasibətlərin korlanmasına yol vermir.

Hesab edirəm, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. Bu proses mütləq gerçəkləşməlidir. 2025-ci il bizim üçün hər nə qədər tale yüklü il olsa da bunu reallaşdırmalıyıq”.

Politoloq deyib ki, Rusiyanın Qarabağı tərk etməsi düşünüldüyü qədər ağrılı və çətin olmayacaq:

“Kreml Bakını itirmək istəmirsə, bizim reallıqları qəbul etməlidir”

Turan Rzayev
Globalinfo.az

Paylaş: