Ərdoğanın kabineti Azərbaycan-Ermənistan arasındakı vəziyyəti müzakirə edəcək

Ərdoğanın kabineti Azərbaycan-Ermənistan arasındakı vəziyyəti müzakirə edəcək

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabineti iclas keçirəcək. 

Globalinfo.az xəbər verir ki, iclasda daxili və xarici siyasətdəki gedişatlar dəyərləndiriləcək.

İlk növbədə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri müzakirə ediləcək. Putinin gəlişi üçün hazırlıq prosesi gözdən keçiriləcək.

Həmçinin Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi də müzakirənin əsas mövzularından biridir.

Globalinfo.az