631b0e3bc3dc3631b0e3bc3dc41662717499631b0e3bc3dc1631b0e3bc3dc2

Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar hazırlanır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə “Taxıl sazişi”ni, o cümlədən Rusiya ərzaq məhsullarının tədarükünün müzakirə olunacağını söyləyib.

Peskovun sözlərinə görə, taxıl mövzusu Putinlə Ərdoğanın görüşündə müzakirəsi lazım olan birinci mövzudur.

“Bu müzakirə mümkündür və lazımdır. Putinlə Ərdoğan arasında danışıqlar artıq hazırlanır, ümid etdiyimiz kimi, görüş Səmərqənddə baş tutacaq. Bu danışıqlar artıq yetişib. Biz görürük ki, “Taxıl sazişi” kasıb dövlətlərə heç bir xeyir gətirmir. Çünki, yoxsul ölkələrə ərzaq yükü ilə cəmi iki gəmi gedib”, deyə Kremlin sözçüsü vurğulayıb.

 

Paylaş: