635e10fd1e99b635e10fd1e99c1667109117635e10fd1e999635e10fd1e99a

29 oktyabr 2022-ci ildə Seulun İtevon bölgəsində baş vermiş hadisələrdə ölənlər və yaralananlar var.

Ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, bununa bağlı məsələ nəzarətdə saxlanılır və Koreyanın aidiyyəti qurumları ilə əlaqələndirilir:

“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hər-hansı məlumat daxil olmamışdır.

Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq Səfirliklə əlaqə saxlamaları xahiş olunur”

Paylaş: