armenia protest 1 5898611 1652294548274

Ermənistanda separatçıların “bayrağının” dalğalandırılmasına görə 3 gənc polis şöbəsinə aparılıb.

Globalinfo.az xəbər verir ki, Vanadzor şəhərində keçirilən bir konsertdə 3 erməni gənc səhnəyə çıxaraq sözügedən “əsgi parçasını” havaya qaldırmağa çalışıb.

Polis onların bu addımının qarşısını almağa çalışıb, iki nəfər saxlanılıb. Üçüncü şəxs isə səhnəyə çıxaraq “bayrağı” dalğalandıraraq oyuncaq rejimin adını qışqırıb. Həmin şəxs dərhal səhnədən endirilib və polis şöbəsinə aparılıb.

4 saatdan çox polis məntəqəsində saxlanıldıqlarını deyən erməni bunun “bayrağa” görə edildiyini bildirib.

Qeyd edək ki, Ermənistan məktəblərində separatçıların oyuncaq “rejiminin” “bayrağının”nın yığışdırıldığı açıqlanmışdı. Bu, həmin “bayrağın” Ermənistanda bütün ölkə ərazisində qadağan edilməsi ilə bağlı iddiaları bir daha təsdiqləmiş oldu.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: