Baki Irevan 12

Azərbaycan və Ermənistan baş nazir müavinləri sərhədin müxtəlif məntəqələrində görüş keçirmək barədə razılaşıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mqer Qriqoryanın ofisindən bildirilib.

Belə ki, Şahin Mustafayev və Mqer Qriqoryan arasında dördüncü görüşdə tərəflər təşkilati məsələləri müzakirə ediblər. Növbəti görüşün məkanı kimi tərəflər dövlət sərhədinin müxtəlif məntəqələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş vilayəti və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi razılaşdırılıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: