kreml 12

“Kremlin Brüsselin vasitəçiliyindən narahatlığı Azərbaycana və Ermənistana qarşı yönəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın son bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Sahinoglu 5

Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı son bəyanatını oxuduqda söhbətin Azərbaycan ərazisindən deyil, sanki keçmiş Rusiya imperiyasına “aid” olan ərazisindən getdiyi təsəvvürü yaranır:

“Bəyanatda Ermənistanın Baş nazirinə açıq-aşkar “tövsiyə” edilib ki, “Brüsseli dinləmə və Qarabağı Azərbaycan ərazisi kimi tanıma”. Kremlin bəyanat vasitəsilə bizə də mesajı var: “Laçın dəhlizini açın”. İki ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq xarici və təhlükəsizlik siyasətimizin ana maddəsi olmalıdır, başqa alternativimiz yoxdur!”

Paylaş: