image 750x 63d8f94c5ebcc

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb. 

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat verilib.

Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

f9844cd6 40eb 4d54 8d58 60182aa0f08a b2440d82 0471 42dc be3c 7136213bc67b

Paylaş: