lavrov el 900x600 1

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Ukraynanın silahlandırılması ilə bağlı Türkiyəyə narahatlığını ifadə edib.

Qeyd edək ki, hazırda NATO liderlərinin Zirvə toplantısı keçirilir. Sammit çərçivəsində üzv dövlətlərin Ukraynaya dəstəyi artırması müzakirə olunur.

Xatırladaq ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova açıqlama verərək, Türkiyənin NATO üzvü olduğunu Kremlin heç zaman unutmadığını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: