B402C90B F0ED 4313 AB55 9EDBEE3F8A8B

Yay mövsümündə şagirdlərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə ADA Universitetinin ənənəvi olaraq həyata keçirdiyi “Yay məktəbi” Azercell-ə səfər edib.

Globalinfo.az xəbər verir ki, məktəbin “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində Azercell-in ekspertləri şagirdlərin qarşısında mobil texnologiyaların növbəti inkişaf trendləri, Süni intellekt (AI), ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.

Həmçinin lider mobil operator tərəfindən hazırlanmış xüsusi proqram  iştirakçılara Azercell-in “Şəbəkə Texnologiyaları” departamentinin və “Əlaqə Mərkəzi”nin fəaliyyəti ilə də real iş mühitində tanış olmağa imkan verib. Şagirdlər üçün müxtəlif viktorinalar təşkil edilib, hədiyyələr və sertifikatlar paylanılıb.

Qeyd edək ki, Azercell uzun illərdir ADA Universiteti ilə əməkdaşlıq edir.  10 ildən artıq davam edən bu tərəfdaşlıq çərçivəsində  mobil operator ölkədə yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verir. Belə ki, şirkət ADA-nın İKT sahəsində peşəkarların yetişdirilməsi səylərini dəstəkləyərək bu universitetdə təhsil alan tələbələr üçün təqaüdlər ayırır, təlimlər təşkil edir və şirkətdə təcrübə keçmək imkanı yaradır. Bununla yanaşı, lider mobil operator  ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərir.

524DE6CA 0C33 4A6F 82DF 0AA62BF844A1 8066E021 9B61 4E29 98C8 494757B04405 3F5FD0E7 A201 402D B9C5 C1CCEE91074F

 

 

Paylaş: