“Belə çıxır ki, erməni xalqının və onun “elita”sının yeganə ümidi Qarabağda yaşayan ermənilərdir. Bu gün Ermənistan kimi “erməni dünyası” da ümumən passiv müşahidəçi mövqeyində dayanıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Vaqe Ovannisyan deyib.
Onun sözlərinə görə, separatçılar müqavimət göstərməyi buraxsalar, ermənilər insanlıq qarşısında alçalmış, ləyaqətini itirmiş, əsrlər boyu 9 noyabrda olduğu kimi gəzəcəklər (çölə çıxmağa utanan və qorxan ermənilər kimi):
“Ermənistan domino kim dağılacaq. Bu, dövlətçiliyin nəzarət edilə bilməyən dağılması olacaq”.
Tahir Turan
Globalinfo.az