Dığda nə baş verir? – Erməni əsgər yaralandı

Dığda nə baş verir? - Erməni əsgər yaralandı

Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən təxribat nəticəsində bir erməni sərhədçisi yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları məlumat yayıb.

Yaralı erməni sərhədçisinin vəziyyətilə bağlı hər hansı məlumat yoxdur.

Qeyd edək ki, hazırda atışmanın davam etdiyi, hətta erməni tərəfindən itkilərin olduğu iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az