20:52
Növbəti dəfə Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yeni Nazirlər Kabinetin ilk iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, iclas 4 saat 10 dəqiqədən çox çəkib.
Qeyd olunub ki, iclasda əsas müzakirə mövzuları ölkədəki inflyasiya, zəlzələdən sonra görülən tədbirlər, terrorla mübarizə və 1 milyon suriyalının geri qayıtması məsələləri olub.
İclas mətbuata qapalı olub.