ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə strateji iqtisadi müqavilə imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Müqavilə enerji, müdafiə, mədənçilik və digər sahələri əhatə edir.
Ağ Ev Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə yatıracağını, həmçinin müttəfiqlər arasında ən böyük müdafiə satış müqaviləsinin imzalanacağını açıqlayıb. Bu müqavilə təxminən 142 milyard dollar dəyərindədir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib. Daha sonra onun Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri nəzərdə tutulub.
Aysel Əliyeva
Globalinfo.az