изображение 2022 09 08 165355901
Rusiya Şimali Koreyadan artilleriya mərmiləri almağa başlayır. Globalinfo.az beynəlxalq mediaya istinad xəbər verir ki, müharibədə fikizi və hərbi resurslarını tükədən Kreml Şimali Koreya kimi ölkə ilə hərbi əməkdaşlığı artırmaq məcburiyyətindədir. Bəzi iddialara görə, Rusiya İran İslam Respublikasından da dronlar alır.
Bir çox müşahidəçilərin fikrincə, Rusiyanın bu addımı onun məğlubedilməzliyi və güclü orduya malik olması haqda təsəvvürləri alt-üst edir. Zatən müharibənin 6 aydan çox davam etməsi və rus ordusunun Ukrayna savaşında böyük irtkilər verməsi Rusiya hərb sənayesi haqda streotipi dağıtmağa başlamışdı.
Bir fərqli yanaşma isə bundan ibarətdir ki, müharibədə qələbə qazanmaq üçün istənilən variantdan istifadə etməkdə problem yoxdur. Bura savaş aparan ölkənin silahı hardan və necə əldə etməsi də daxildir. Yəni Putin Şimali Koreyadan artilleriya mərmiləri, raket alırsa, buna normal baxmaq lazımdılr. Bu fikri dəstəkləyən ekspertlər xatırladır ki, Şimali Koreya ilə Rusiya arasında hərbi-siyasi əməkdaşlıq mövcud olduğu üçün məsələdə qeyri-adilik axtarmaq əbəsdir.

Paylaş: