Rusiyada meşə yanğınıyla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar mayın 7-dən bütün Tümen vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Tümen regionunun qubernatoru Aleksandr Moor deyib.
“Bölgədə meşə yanğınları ilə bağlı vəziyyət çətinləşib, çox isti, quraq hava və güclü külək vəziyyəti daha da ağırlaşdırır. Xüsusən də bu gün şiddətli küləyin əsməsi yanğını bir neçə saniyə ərzində sözün əsl mənasında yüzlərlə metr ətrafa yayıb. Yanğın yaşayış məntəqələrini və yaşayış binalarını əhatə edir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 700-dən çox insan və 200 texnika Kurqan vilayətində meşə yanğınlarının söndürülməsinə cəlb edilib.














