***
00:15
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Vaşinqtonda danışıqlar bir neçə gün davam edəcək. Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşləri bütün həftə ərzində keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Turan” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bu arada, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, ölkələr arasında birbaşa dialoq problemin həlli və sülhə nail olmaq üçün əsas amildir.
Qeyd edək ki, nazirlərin görüşünün belə uzun çəkəcəyi versiyası danışıqlar prosesinin çox mühüm mərhələyə qədəm qoyması və sülh müqaviləsinə doğru əsaslı addım atılması ehtimalını gücləndirir. Siyasi kluarlarda son vaxtlar ən çox müzakirə olunan məsələ ABŞ-ın Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur etməsidir. Bildirilir ki, nazirlərin danışıqlarında sülh sazişinin bütün mümkün komponentləri müzakirə olunacaq və yekun müqavilənin imzalanması üçün zəmin formalaşdırılacaq.
İlkin Həsənov
Globalinfo.az