Türkiyədə bu gündən etibarən “sosial media qanunu” qüvvəyə minib.
Globalinfo.az bildirir ki, qanunda diqqətçəkən məqamlar bunlardır:
– İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da sarı basın kartı veriləcək.
– Uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
– Bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur.
– Dövlət qurumu xəbəri silməyi saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar silməlidir.
– Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək.
– Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olunmayacaq.
– Sosial şəbəkələr (Facebook, instagram, tvitter, youtube, tiktok və s) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
– Yeni qanuna görə, sosial mediada dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir.