Sudanın paytaxtı Xartumda Misir səfirliyinin avtomobili atəşə tutulub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində diplomat ölüb.
Telekanalın məlumatına görə, nəqliyyat vasitəsi hərbi attaşenin köməkçisinə məxsus olub.
Rəsmi Qahirə olayla bağlı hələlik açıqlama verməyib.