İrəvan Bələdiyyəsinin Yaşıllaşdırma və Ətraf Mühitin Mühafizəsi Assosiasiyasında çalışan Manvel Sarhatyan İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılışında dizayner Aram Nikolyanın Azərbaycan bayrağını yandırmasını pisləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“M.Sarhatyan canlı yayımda qışqıraraq Aram Nikolyanı hədələyib. O bildirib ki, əgər hüquq-mühafizə orqanları Aramı cəzalandırmasa, onu harada görsə, özü döyəcək”, – məlumatda bildirilib.
Zaira Akifqızı
Globalinfo.az