Gürcüstanda 49 deputatın mandatına son verildi

Gürcüstanda müxalifətdən olan 49 deputatın mandatı ləğv edilib.

Globalinfo.az xəbər verir ki, məlumatı Gürcüstan mətbuatı yayıb.

Statusları ləğv edilən müxalif deputatların Vahid Milli Hərəkat Partiyası, Dəyişikliklər Naminə Koalisiya və Güclü Gürcüstan Koalisiyasından olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə hər üç siyasi partiya deputatlıq mandatlarından imtina ilə bağlı müraciət etmişdilər. Onlar 26 oktyabr parlament seçkisinin nəticəsini tanımadıqlarını bildiriblər. Müxalifətdən Gürcüstan Naminə – Qaxariya Koalisiyası isə hələlik deputat mandatından imtina üçün müraciət etməyib.

Hakim Gürcü Arzusu Partiyası müxalifətin addımının heç nəyi dəyişməyəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az