Türkiyə Müdafiə Nazirliyi İranla sərhəddə şəhid olan hərbçi Yusuf Sait Ünlünün ölümü ilə bağlı araşdırmanın İran tərəfi ilə koordinasiyalı şəkildə davam etdirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab olaraq məlumat verilib.
Bildirilib ki, 31 oktyabr 2026-cı il tarixində Türkiyə-İran sərhədində, Engin Mayın Sərhəd Postunun məsuliyyət zonasındakı qanunsuz keçidə müdaxilə zamanı İran ərazisindən açıldığı ehtimal edilən atəş nəticəsində əsgər Yusuf Sait Ünlü şəhid olub.
Hadisədən dərhal sonra hüquqi və inzibati araşdırmalara başlanılıb. Noyabrın 3-də isə hadisə yerində İran rəsmiləri ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması məqsədilə İran tərəfi də hüquqi və inzibati araşdırma başladıb. İnsidentin bütün aspektlərinin müəyyənləşdirilməsi istiqamətində işlər İran rəsmiləri ilə koordinasiyalı və diqqətlə davam etdirilir.
Əliyar Xəlil
Globalinfo.az