996 itkin ailəsi ilə əlaqə saxlanılıb – BQXK

996 itkin ailəsi ilə əlaqə saxlanılıb, səhiyyə, hüquqi, inzibati, psixosossial dəstək və s. məsələlərlə bağlı 91 müraciətin yönləndirilməsinə dəstək göstərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2023-cü il yanvar-iyun aylarında əsas fəaliyyətlərinə dair məlumat sessiyasında qeyd olunub.

Məlumatda bildirilir ki, həmçinin 4 839 nəfər mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranışı sessiyalarında, forum, teatr tamaşalarında iştirak edib.

Bununla da onların mina riskləri və partlamamış sursatlara qarşı dayanıqlılığı artırılıb.

O cümlədən BQXK tərəfindən 1500 xəbərdarlıq nişanı minalanmış əraziləri işarələmək üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agenliyinə ianə edilib.

Ayşən Mustafa
Globalinfo.az