“Yeni müharibə başlasa, daha dağıdıcı silahlardan istifadə edəcəyik”.
Globalinfo.az xəbər verir ki, SEPAH-ın sözçüsü general Hüseyn Möhbəyi deyib.
O bildirib ki, qurumun raketlərində istifadə olunan döyüş başlıqlarının dağıdıcı gücü əvvəlki müharibələrdə tətbiq edilən nümunələrdən xeyli yüksəkdir:
“Yeni müharibə başlayacağı təqdirdə İranın istifadə edəcəyi silahlar bütün parametrlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı “dağıdıcı iqtisadi müharibə” ilə hədələyib.
Safura Bənnayeva
Globalinfo.az