RUS XIN 900x600 2

Rusiya Ermənistana nota göndərərək Gümrüdəki sovet memorialının təhqir olunması ilə bağlı etirazını bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva Gümrüdə baş verən hadisə ilə əlaqədar İrəvana diplomatik nota təqdim edib:

“Ermənistan hakimiyyətinə yaxın bəzi informasiya resursları hadisə ilə bağlı Rusiyanı günahlandırmağa çalışır. Bu cür yanaşma doğru deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: