“Keçmiş prezident Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın vəkili vəzifəsini yerinə yetirir”.
Globalinfo.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan qeyd edib.
O bildirib ki, siyasi debatlar zamanı ən diqqət çəkən məqamlardan biri məhz Serj Sərkisyanın mövqeyi olub:
“Sərkisyanın bəzi açıqlamaları Paşinyanın mövqelərini dolayı yolla müdafiə edən xarakter daşıyır. Bu, Ermənistan siyasətində ziddiyyətli vəziyyət yaradır”.
Marukyan həmçinin ölkədə siyasi proseslər və əvvəlki hərəkatlarla bağlı tənqidi fikirlər səsləndirib və müxtəlif siyasi fiqurları hədəf alıb.
Safura Bənnayeva
Globalinfo.az