“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda keçirilən sammitdə ilk dəfədir qiyabi də olsa, çıxış edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışında bildirib.
“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək sammitində iştirak üçün bu ölkəyə səfər imkanım olacaq”, – Paşinyan qeyd edib.
Qeyd edək ki, bundan öncə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib.
Safura Bənnayeva
Globalinfo.az