M%C9%99h%C9%99mm%C9%99d Baqir Qalibaf

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin artması və Vaşinqtonun “blokada nəzəriyyəsi” ilə bağlı açıqlamasına istehsa ilə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qalibaf ABŞ-ın Hörmüz boğazını blokadaya alması nəticəsində neftin qiymətinin bir barel üçün təxminən 120 dollara yüksəldiyini bildirib. O, bu vəziyyəti ABŞ-ın maliyyə naziri Skott Bessent kimi şəxslərin Tramp administrasiyasına verdiyi “faydasız məsləhətlər”lə əlaqələndirib.

Qalibaf hətta neftin bir barel üçün qiymətinin növbəti mərhələdə 140 dollara yüksələ biləcəyini deyib. “Problem blokadada yox, düşüncə tərzindədir”, – İran rəsmisi vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: