“Ermənistanın hazırkı iqtisadi vəziyyəti xarici amillər, xüsusən də Ukrayna ilə müharibə fonunda Rusiyaya qarşı həyata keçirilən sanksiyalar nəticəsində dolayı yolla inkişaf edir”.
Globalinfo.az xəbər verir ki, bunu Hayastan Partiyasının baş nazirliyə namizədi, keçmiş prezident Robert Köçəryan deyib.
Köçəryan bildirib ki, bəzi malların idxalı və Rusiyaya satılması ölkənin istehsal gücünü artırmayıb”.
“Rusiya sanksiyalardan azad olan gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək və çökəcək. Buna şübhə yoxdur. Belə bir ssenarinin qarşısını almaq üçün davamlı iqtisadi inkişaf baxımından möhkəm təməl yaratmaq lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az