1752522012 makron 3 900x506 1

“8 il əvvəl heç kim Ermənistana gəlməzdi. Bu gün ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir“. 

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Səkkiz il əvvəl Ermənistan bir çox ölkələr tərəfindən Rusiyanın faktiki peyki kimi qəbul edilirdi.

Baş nazir Nikol Paşinyan “Məxməri İnqilab”ı təşkil etdi və ölkəni risklərdən təmizləmək qərarına gəldi”, – deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistanda “Məxməri İnqilab” 2018-ci ilin aprel–may aylarında baş verib və nəticədə Serj Sərkisyan istefa verərək Nikol Paşinyan hakimiyyətə gəlib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: