8 aylıq körpəsi ilə birgə qətlə yetirilən Leyla tələbə imiş – Foto

Dünən saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 30 yaşlı Hüseynli Fərid 20 yaşlı arvadı Leyla Hüseynliyə, 8 aylıq övladına və özünə kəsici-deşici alətlə xəsarət yetirib. Nəticədə 20 yaşlı ana ölüb. Körpə və ata xəstəxanaya yerləşdirilsə də, 8 aylıq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Globalinfo.az xəbər verir ki, əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

Məlumata görə, 20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.