F260216AVS256 640x400 1

ABŞ-ın İrana qarşı hərbi əməliyyat qərarı aylar deyil, həftələr məsafəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı respublikaçı senator Lindsi Qrem deyib.

O əlavə edib ki, indiki gərginlik şəraitində İranın ali rəhbərinin (Əli Xamenei – red.) devrilməməsi İslam Respublikası üçün “strateji qələbə” olar:

“Vaşinqton hazırkı danışıqlardan ən qısa vaxtda nəticə əldə etməyi düşünür, aylarla gözləmək fikrində deyil. Ötən həftəsonu Trampla apardığım söhbətdən sonra bu qənaətə gəldim. Ağ Ev hazırkı danışıqlarda nəticə almağa çalışır, paralel olaraq Tehrana hərbi təzyiqi artırır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: