
“Epşteyn işi”ndə ABŞ Prezidenti Donald Tramp və onun ətrafındakılarla bağlı 5300-dən çox sənəd aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Times” (NYT) məlumat yayıb.
Bildirilir ki, Tramp 2000-ci illərin əvvəllərinə qədər Ceffri Epşteynin yaxın dostu olub:
“Tramp bu münasibətin əhəmiyyətini dəfələrlə kiçik göstərib. ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan son e-poçtlar, dövlət sənədləri, videolar və digər qeydlərdə Tramp, onun həyat yoldaşı, Floridadakı Mar-a-Lago klubu və digər əlaqəli şəxslərlə bağlı 5300-dən çox sənəd tapıb.
Nazirliyin keçən ilin sonlarında yayımladığı “Epşteyn faylları”nın əvvəlki hissələrində Trampla bağlı 130 əlavə sənəd yer alıb”.
Safura Bənnayeva
Globalinfo.az