
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Cumhuriyyet” nəşri məlumat yayıb.
Hadisə yanvarın 24-də Malatya şəhərində axşam saatlarında baş verib.
Belə ki, salonda təşkil olunan nişan mərasimi zamanı qonaqların halı pisləşib və bu barədə səhiyyə xidmətlərinə məlumat verilib. Xəbərdarlıqdan sonra hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
Səhiyyə əməkdaşlarının apardığı ilkin müayinələr zamanı qonaqların karbonmonoksit (dəm qazı) səbəbindən zəhərləndiyi müəyyən edilib.
Zəhərlənmə əlamətləri göstərən 46 nəfər təcili yardım maşınları ilə şəhərdəki müxtəlif xəstəxanalara aparılaraq müalicə altına alınıb.
Safura Bənnayeva
Globalinfo.az