Paleontoloqlar Şimali Amerikanın cənub hissəsində yaşayan tiranozavrların yeni növünün qalıqlarını aşkar ediblər.
Globalinfo.az xəbər verir ki, alimlərin fikrincə, onlar öz dövrlərinin və bəlkə də bütün Yer kürəsi tarixinin ən böyük quru yırtıcıları sayılan və Təbaşir dövrünə aid olan ətyeyən dinozavrların ən yaxın qohumları ola bilərlər.
Skelet nümunələrini tədqiq edən paleontoloqlar bu növün 71-73 milyon il əvvəl yaşamış ola biləcəyi versiyasını irəli sürüblər.
Elm adamları tiranozavrların Cənubi Laramidiyada yaşayan seratopsis, hadrosaurs və titanosaurs kimi digər nəhəng dinozavrlarla birlikdə təxminən 72 milyon il əvvəl yaşadıqlarını və böyük ölçülərə sahib olduqlarını bildiriblər.
Əliyar Xəlil,