İran polisi vətəndaşların telefonlarına mesaj göndərməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Polis sözügedən mesajda Tehran sakinlərini övladlarını etirazçılardan uzaq tutmağa çağırıb.
Bildirilib ki, etiraz aksiyalarında terrorçular və silahlı şəxslərin iştirakı, eləcə də ölüm planlarının mövcudluğu nəzərə alınaraq, üsyançılara qarşı qətiyyətli mübarizə aparılacaq və heç bir güzəştə yol verilməyəcək. Bu səbəbdən ailələrə gənclərə və yeniyetmə övladlarına ciddi nəzarət etmələri tövsiyə olunur.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. Etirazlar nəticəsində hər iki tərəfdə ölənlər var.
Safura Bənnayeva
Globalinfo.az