Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla və İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşdə Türkiyə – İtaliya, Türkiyə–Fransa ikitərəfli münasibətləri, regional və qlobal məsələlər eləcə də Qəzza və Ukraynaya dair müzakirə aparılıb.
Ərdoğan hər iki ölkə ilə münasibətlərin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az