“Göydə mərkəz” filmindəki rolu ilə tanınan sovet aktrisası Lyudmila Suvorkina Moskvanın mərkəzində yanğında ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
74 yaşlı sənətçi üçotaqlı mənzildə tək yaşayırmış. 20 kvadratmetr ərazini əhatə edən yanğın söndürüldükdən sonra xilasedicilər Suvorkinanın yanmış cəsədini aşkar ediblər.
Qeyd edək ki, Lyudmila Suvorkina 25 yanvar 1951-ci ildə Kineşma şəhərində anadan olub. O, “Vanyuşinin uşaqları”, “Azyaşlı” və “Fransız” kimi filmlərdə rol alıb.
Safura Bənnayeva
Globalinfo.az