2025 02 16t122801z 761763038 rc2nvcag17fq rtrmadp 3 israel palestinians gaza

İsrail martın 2-də atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatmasından və HƏMAS-ın ABŞ-ın dəstəklədiyi müqaviləni uzatmaqdan imtina etməsindən sonra Qəzzaya bütün humanitar yardımların daxil olmasını dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb”, – nəşr bildirib.

Qeyd edək ki, yanvarın ortalarından onlarla israilli girov və yüzlərlə fələstinli məhbusun azad edildiyi Qəzzada atəşkəsin birinci mərhələsi şənbə günü, yəni martın 1-də başa çatıb. Fələstinin HƏMAS hərəkatının ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planından imtina etməsi səbəbindən atəşkəsin ikinci mərhələsi baş tutmayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: