Qoşunlarımız ora yerləşib, çıxarmayacağıq! – Lukaşenko

1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

“Ukrayna Belarusla sərhəddə 120 mindən çox hərbçi saxlayır. Minsk buna cavab olaraq ordusunun üçdə birini sərhədə keçirib”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına deyib.

“Onların aqressiv siyasətini görüb müəyyən nöqtələrə – hərbçilərimizi, üstəlik, xüsusi təyinatlıları yerləşdirmişik. “Alfa”, “Almaz”lar işləyir orada və başqaları hazırlıqlıdır, öz işlərini görürlər”, – o bildirib.

Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur:

“Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.

Safura Bənnayeva
Globalinfo.az