Bakıda beynəlxalq konfrans yekunlaşdı: kommunike qəbul edildi

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, tədbir iki gün davam edib.

Konfransın yekununda birgə kommunike qəbul olunub.

Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

***10:22

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.

Globalinfo.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı panel müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.

Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.