Ötən gün ərzində İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında 50-yə yaxın müxtəlif hədəfə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hücumların hədəfi Fələstin radikalların dəstələri, müşahidə postları və müxtəlif hərbi infrastruktur obyektləri olub. İsrail Hərbi Hava Qüvvələrinə anklavın cənubundakı Rafah şəhəri və Qəzza zolağının mərkəzi hissəsindəki quru bölmələrini dəstək verib. Silahlı radikalların dəstələri, bir neçə infrastruktur obyekti, o cümlədən HƏMAS hərəkatının döyüş qanadı olan silah anbarı zərərsizləşdirilib”, – məlumatda qeyd edilib.