Rusiya sərhədçiləri on illik xidmətdən sonra “Zvartnots” hava limanını tərk edirlər.
Globalinfo.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, bununla bağlı protokol imzalanıb.
Protokolda rusiyalı mütəxəssislərin milli kadrların hazırlanmasında əvəzsiz yardım göstərdiyi vurğulanıb.
“Sizin nəzərəçarpan xidmətləriniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Əminliklə demək olar ki, sərhəd sizin sayənizdə qorunub”, – Rusiya səfirliyinin müşaviri-səfiri Maksim Seleznyov bildirib.
Xatırladaq ki, bir müddət öncə Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk edəcəkləri barədə xəbər yayılmışdı.
Safura Bənnayeva
Globalinfo.az