owl detail 620 fd0f75a3eb1175fce4f7c172160a1489

ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox Business”ə müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya, Çin və Hindistan liderlərinin görüşünü şərh edib.

Globalinfo.az xəbər verir ki, Bessent bu görüşün əhəmiyyətini kiçildərək onu formal və dəbdəbəli adlandırıb:

“Düşünürəm ki, bu, böyük ölçüdə bir nümayişdir. Günün sonunda Hindistan dünyanın ən sıx əhalisi olan demokratiyasıdır. Onların dəyərləri bizim dəyərlərimizə daha yaxındır”, – deyə o bildirib.

Nazir həmçinin Vaşinqton və Yeni Dehli arasında ticarət məsələləri ilə bağlı danışıqlara toxunaraq prosesin ləng getdiyini etiraf edib. Bununla belə Bessent tərəflərin mövcud fikir ayrılıqlarına baxmayaraq həll yolu tapacağına ümid etdiyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: