Ermənistan dağılsa, dünya iki gündən sonra… – Mirakyan

“Ermənistan yox olsa, dünya 2 gün kədərlənəcək, sonra hər kəs öz işi ilə məşğul olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni iş adamı Vahram Mirakyan deyib.

“Məsələn, Braziliya və İndoneziya Ermənistanın dağıdılmasını qətiyyən hiss etməyəcək. Bəli, Fransa prezidenti bir-iki çıxış edəcək, ABŞ dövlət katibi, bəlkə də ABŞ lideri, Rusiya prezidenti məhvimizə görə bizi günahlandıracaq və bitdi! İki gündən sonra hamı öz işi ilə məşğul olacaq.

Bəs kim kədərlənəcək? Livan ermənisi, Suriya ermənisi, Las-Veqas və Şanxayda yaşayan erməni, Saratov və Sidneydə yaşayan erməni. Çünki onlar yetimdirlər”, – Mirakyan deyib.

Safura Bənnayeva
Globalinfo.az