Paşinyan təkcə kəndləri qaytarmayacaq, həm də… – Çələbyan

“Nikol Paşinyan mətbuat konfransında 4 kəndlə birlikdə İrəvan-İcevan-Noyemberyan-Tbilisi dövlətlərarası yolunun keçdiyi Tavuş sərhəd xəttinin mühüm hissəsini Azərbaycan təhvil vermək niyyətində olduğunu təsdiqlədi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “HayaVote” təşəbbüs qrupunun koordinatoru Avetik Çələbyan deyib.

A.Çələbyan Ermənistanın addım-addım Azərbaycana təslim olduğunu bildirib:

“Qarabağ faciəsi başlanğıc idi. İrəvan təslim olur. Mətbuat konfransında 4 kəndin təhvil veriləcəyi bir daha təsdiqləndi. Hazırkı hökumət ölkəmizi qəsdən geosiyasi intriqalar və münaqişələr sferasına çəkib, onu yeni və dağıdıcı müharibənin astanasına gətirib. Bundan qaçmaq üçün dağıdıcı güzəştlərə getməyə hazırlaşırlar. Həmin güzəştlər Emrənistanı parçalayacaq və növbəti güzəştlər üçün zəmin yaradacaq. Paşinyanın çıxışı buna hazırlıq idi”.

Ayşən Mustafa
Globalinfo.az