25 yaşından onunla “ömür sürdü” – 70 il sonra üstü açıldı – FOTO

95 yaşlı Zhao He adlı şəxsin boynunda güllə aşkarlanıb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanaya gedən Zhao Henin həkim müayinəsindən sonra baş ağrısının səbəbi məlum olub.

25 yaşında ikən Çinin lehinə İkinci Dünya Müharibəsində döyüşərkən çoxlu güllə yarası alan Zhao He, daha sonra bədənindəki bütün güllələrin çıxarıldığını sanıb.

95 yaşında artan baş ağrıları nəticəsində isə o gerçəyi öyrənib. 70 il sonra boynunda qalan güllənin çıxarılmasını isə qəbul etməyərək, onunla ölmək istədiyini deyib

Qeyd edilib ki, Zhaonun yaşına görə bu əməliyyat riskli hesab edildiyinə görə o bundan imtina edib.