Assimetrik savaş başladı: Bu ölkələr də müharibəyə qoşula bilər – Gerçək PLAN

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib. Qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan endirilən zərbələrlə husilərin Səna, Hudeyda, Səada, Hodeyda, Taiz və Dhamar şəhərlərindəki mövqeləri vurulub.

ABŞ və Böyük Britaniyanın husi mövqelərinə hücumu ciddi hadisə olsa da, effekti verməyəcək. Məsələ ondadır ki, hazırda məqsəd nə Yəmənə müdaxilə, nə də husiləri tam məhv etməkdir. Çünki hücumun olacağı ilə bağlı bir neçə gün öncədən mətbuatda xəbərlər dərc edilib. Yəni əslində Vaşinqton bununla husilərin müvafiq müdafiə hazırlığı görməsini istəyib.

Bundan başqa, ABŞ Prezidenti Co Bayden aviazərbələrin “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirməsi də əməliyyatın məhdud xarakterli olduğunu deməyə əsas verir.

Husilerin Kızıldeniz'deki gemiyi ele geçirdiği görüntüler yayınlandı

Ümumiyyətlə, assimetrik savaş taktikaları ilə husilər kimi paramilitar qruplaşmaların zərərsizləşdirilməsi mümkün deyil. Bunu ABŞ da yaxşı bilir və indiki məqamda yeganə məqsəd güc nümayiş etdirməkdir.

Aydın məsələdir ki, Vaşinqtona seçkiqabağı ikinci Əfqanıstan ssenarisi lazım deyil. Çünki Yəmən Əfqanıstandan daha riskli bir coğrafiyadır və ABŞ burada uzun müddət qala bilər. Bununla belə, güc nümayiş etdirən Vaşinqton lazım gələcəyi təqdirdə daha effektiv zərbə vura biləcəyinin mesajını verir. Ola bilər, əməliyyatlara Avropa İttifaqı ölkələri də qoşulsun, lakin quru əməliyyatları olmadan husiləri məğlub etmək mümkün deyil.

Turan Rzayev
Globalinfo.az