“20 gün sonra müharibə başlayır” iddiası: “Qazaxdan Naxçıvana qədər…” – ŞOK

Gürcüstan mediasının yaydığı məlumata görə, Ermənistan qondarma “soyqırımı”nın ildönümü (24 aprel) ərəfəsində Azərbaycana hücum edə bilər.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Emin Həsənli deyib ki, Ermənistan intensiv şəkildə qeyri-real, məntiqdənkənar addımlar atdığı üçün İrəvandakı prosesləri proqnozlaşdırmaq çətindir:

“Ermənistan ordusunun silahlarının böyük hissəsi Bakıda Hərbi Qənimətlər Parkındadır, xeyli sayda zabit, gizirini itirib, onminlərlə fərarisi olub. Onlar hansı texnika ilə Azərbaycanla müharibəyə girəcək? Azərbaycan Ordusu daha da güclənib. Ermənistanın təxribatçı addımlarına qarşı rəsmi Bakı adekvat cavab verib.

Lakin rəsmi İrəvan xəstə təfəkkürə malikdir. Azərbaycanın “Dəmir Yumruğu”nun zərbəsindən sonra ağıllanacaqlarını düşünürdük, amma əksinə, nə Qazaxın 7, Naxçıvanın Kərki kəndinin geri qaytarılmasına razılıq, nə də minalanmış ərazilərin xəritələrini verir. İndi də hərbi ritorika ilə danışır, şərti sərhədə qoşun yığır, müxtəlif istiqamətlərdə atəşkəsi pozur”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Ermənistanın növbəti səhvinə səbir nümayiş etdirməyəcək:

“Ölkəmizə hücum olsa, Azərbaycan Ordusu Qazaxdan Naxçıvana qədər buferzona yaratmaq məcburiyyətində qalacaq. Ermənistan təxribatlarını bundan sonra da davam etdirsə, gəldikləri yerə geri qayıdacaqlar”.

Safura Bənnayeva

Globalinfo.az